“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub.
“Səbail”lə səfər qarşılaşmasında meydana çıxan 33 yaşlı müdafiəçi indiyə qədər 4 qola imza atıb. Azərbaycan millisinin üzvü Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.
Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011/2012 mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) ilk dəfə “Sumqayıt”ın heyətində meydana çıxıb.