“Neftçi”nin bir müddət əvvəl zədəli olan futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə qoşulub.
Sportliqa.az xəbər verir ki, qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir.
Onun nə vaxt məşqləri bərpa edəcəyi bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.
Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.
“Neftçi” fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı qəbul edəcək. İlk matçda paytaxt klubu qələbə qazanıb – 3:2.