Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Lider “Qarabağ” 5-ci pillədəki “Sabah”ı qəbul edib. Dramatik məcrada keçən görüşdə qapılara 6 qol vurulub. Görüşün baş hakimi Rəvan Həmzəzadə oyunda 4 penalti təyin edib. Bol qollu oyunda hesab 3:3 olub.
Qeyd edək ki, turun digər qarşılaşmaları 12-13 fevral tarixlərində keçiriləcək.
22-ci tur
11 fevral (bazar)
19:00. “Qarabağ” – “Sabah” 3:3
Qollar: Marko Yankoviç, 31-pen. (1:0), İshak Belfodil, 45+1-pen. (1:1), 54-pen. (1:2), Olavio Juninyo, 64-pen. (2:2), Tellur Mütəllimov, 90+5 (2:3), Yassin Benzia, 90+7 (3:3)
Tofiq Bəhramov adına Respublika Stadionu