Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 finalının cavab oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
Azərbaycan Kubokunda 1/4 finalın “Qarabağ” – “Sabah” oyununun 78-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Riçard Almeyda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb,
“Qarabağ” 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Azərbaycan Kubokunda 1/4 finalın “Qəbələ” – “Araz-Naxçıvan” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” 700 manat cərimə edilib.
Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” 700 manat cərimə edilib.
"Neftçi” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.