Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk günündə 2 oyun keçirilib. "Sabah" "Kəpəz"i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
Digər matçda isə "Araz-Naxçıvan" "Səbail"in qonağı olub və 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Xatırladaq ki, 23-cü turun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.
17 fevral (şənbə)
18:30. “Səbail” – “Araz-Naxçıvan” - 2:2
Qollar: Aleksandr Ramalinqom, 13 (1:0), Orxan Əliyev, 31 (1:1), 35 (1:2), Aleksandr Ramalinqom, 61 (2:2)
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”
16:00. “Sabah” – “Kəpəz” - 3:2
Qollar: Martins Junior, 6 (0:1), Kahim Parris, 38 (1:1), Cesse Sekidika, 55 (2:1), Kristian Da Silva, 79 (3:1), Amil Yunanov, 84 (3:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”