![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
UEFA Avropa Liqasının “X” sosial şəbəkəsindəki hesabında “Qarabağ” haqqında yeni paylaşım edilib.
Sportliqa.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin evdə keçirdiyi son 26 oyunun yalnız 2-də məğlub olduğu vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Braqa"ya qarşı keçirəcək. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 21:45-də başlayacaq.