“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Əlavə vaxtda dözdülər, qol vurdular”.
Sportliqa.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov deyib.
O, Azərbaycan çempionunun Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı üstələməsinə münasibət bildirib: “Oyunun hesabı unuduldu, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir. Hamısı qəhrəmandır, heç kimi fərqləndirmək istəmirəm. Klubla, Andreylə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. Mənə deyirdilər ki, Lunyov hara gedir, bu necə çempionatdır, necə komandadır? Onlara demək istəyirəm ki, ağzınızı yumun və tabloya baxın. Baxın, Lunyov “Qarabağ”la harada oynayır”.
Qeyd edək ki, “Qarabağ” 1/8 finalda Lunyovun sabiq komandası olan Almaniya “Bayer”i ilə qarşılaşacaq.