Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün 4 görüş baş tutub.
“Konyaspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub. O, bu matçda sarı vərəqə ilə də cəzalanıb.
“Sivasspor” evdə “Alanyaspor”a uduzub. “Başakşəhər” evdə “Antalyaspor”u, “Trabzonspor” isə “Fatih Karagümrük”ü məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az