
Azərbaycanın stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandası üzərində qələbə qazanıb.
Sportliqa.az xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar.
Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.
U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması