
“Qarabağ” UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün 2-ci təsnifat mərhələsinə hazırlığını davam etdirir.
Sportliqa.az xəbər verir ki, ilk oyununu səfərdə keçirəcək “Qarabağ” Cəbəllütariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq.
“Azersun Arena”da başlayacaq hazırlıqdan öncə komandann baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.
“Linkoln” – “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması