Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
Sportliqa.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ” klubunun da potensial rəqibi müəyyənləşəcək. Ağdam klubu səpələnmişlər səbətində yer alıb.
"Qarabağ" 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə 3 cütlükdən birinin qalibi ilə üz-üzə gələcək:
"Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri
Səpələnməmişlər
"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya) – "Sparta" (Çexiya) cütünün qalibi
APOEL (Kipr) – "Petrokub" (Moldova) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.