"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşdi!
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsini püşkü atılıb.
Sportliqa.az xəbər verir ki, bu mərhələdə "Qarabağ"ın potensial rəqibi məlum olub.
Ağdam klubu "Linklon"u keçəcəyi halda, "Ludogorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Bu raundun matçları avqustun 6-7-də və 13-də baş tutacaq.