
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Sportliqa.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxacaq.
Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
Xatırladaq ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” - “Qarabağ”
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması