"Sumqayıt" Konfrans Liqasında cavab oyununa çıxır
"Sumqayıt" klubu bu gün UEFA Konfrans Liqasında cavab oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Macarıstan "Fehervar"ı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında Sumqayıtda keçirilən ilk oyunda "Fehervar" 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" cütünün qalibi növbəti mərhələdə "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
31 iyul
Konfrans Liqası, 2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. "Fehervar" (Macarıstan) - "Sumqayıt" (Azərbaycan)
Baş hakim: Kristoffer Karlsson (İsveç)
Sekeşfehervar, "Arena Şoşto" stadionu
İlk oyun - 2:1