
Xorvatiyada “Dinamo” (Zaqreb) və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.
Avqustun 20-də “Maksimir” stadionunda keçiriləcək matç saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də olacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması