
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxacaq. Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - Londonda 3:1, Bakıda 1:0.
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.
23:00. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
London, “Tottenhem Hotspur” stadionu
Baş hakim: Villi Delajo, (Fransa)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması