Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da meydana çıxacaq.
Ağdam klubu Bakıda "Lion"la (Fransa) üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
"Lion" hazırda 7 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 3 xalı olan "Qarabağ" isə 29-cudur. Ağdam təmsilçisi bu gün qalib gələcəyi halda, "pley-off" iştirakçılarının yer alacağı "24"lüyə daxil ola bilər.
Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda "Ayaks"a (0:3) məğlub olub. Qurban Qurbanovun komandası 4-cü turda Norveç səfərində "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gəlib.
28 noyabr
21:45.“Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa)
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Bosko Bozoviç, Milan Mitiç (hamısı Serbiya)
Tofiq Bəhramov adına Respublika Stadionu