
İsveçdə “Elfsborq”la “Qarabağ” arasında keçiriləcək Avropa Liqası oyununun hakimləri müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
FİFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda, dekabrın 12-də təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.