Azərbaycan Premyer Liqasında 31-ci tur davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə 5-ci pillədəki “Sabah” autsayder “Səbail”i qəbul edəcək. Cari mövsüm bu komandaların oyunlarında “Sabah”ın üstünlüyü var. 3 oyundan 2-də qalib gələn komanda 1 matçda da heç-heçə ilə kifayətlənib.
Digər qarşılaşmada isə Azərbaycan derbisi baş tutacaq. Lider “Qarabağ” 6-cı pillədə qərarlaşan “Neftçi”ni sınağa çəkəcək. Bu mövsüm Ağdam klubu əzəli rəqibini hər 3 matçda məğlub edib. “Qarabağ”dan xal ala bilməyən “Neftçi” qola da həsrətdir (0:4, 0:3, 0:1).
“Qarabağ” “Neftçi”ni məğlub etsə və sabah “Zirə” “Sumqayıt”la matçda xal itirsə, Ağdam klubu növbəti çempionluğunu rəsmiləşdirəcək.