
Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində bu gün 17:00-da start götürəcək "Neftçi" - "Səbail" matçı üçün heyətlər açıqlanıb.
Meydan sahiblərinin protokolunda isə bir ad diqqətimizi çəkib. Belə ki, "ağ-qaralar" 5 aydır ki, yaşıl meydan üzünə həsrət qalan müdafiəçi Robert Bauerə start heyətdə şans verib.
"Neftçi" ilə 3 illik müqaviləsi olan və bu il cəmi bir oyunda meydana çıxan almaniyalı stoperin bugünkü matça start heyətində başlamasının səbəbi də məlumdur.
Pressing.az-ın məlumatına görə, 30 yaşlı futbolçu Azər Salahlıya görə məcburiyyətdən oynayacaq. Belə ki, Azər Salahlı bugünkü qarşılaşmada meydana çıxsa, onun paytaxt təmsilçisi ilə müqaviləsi avtomatik olaraq yenilənəcək.
Bu səbəbdən də Samir Abasov Salahlını məcburiyyətdən Bauerlə əvəzləyib.