“Qarabağ” mərhələ adlasa, "pley-off"da bu komandayla qarşılaşacaq
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportliqa.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlay;b.
Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənib.
Püşkün nəticəsinə görə, "Qarabağ" “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" mərhələ adlası ilk oyunu səfərdə keçirəcək.
Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" adları çəkilən hər iki komanda ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib və rəqiblərindən üstün olub. Ötən il Ağdam təmsilçisi "Ludoqorets"ə Bakıda uduzsa da (1:2),səfərdə rəqibinə 7:2 hesabı ilə qalib gəıməklə mərhələ adlayıb. 2022-ci ildə isə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi.