Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gələcək. Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Toşe Proeskinin adını daşıyan stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.