"Qarabağ" "Şkendiya"nı məğlub etdi
UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gəlib. Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Toşe Proeskinin adını daşıyan stadionda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.
Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü mərhələ, ilk oyun
5 avqust
22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Toral Bayramov, 18 - pen.
Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç
VAR: Mixal Oçenaşa
AVAR: Boris Marhefkaya
(Hakimlər briqadası Slovakiyadandır)
Skopye, “Toşe Proeski” stadionu