Nigeriyalı hücumçu "Şamaxı"da
07 Avqust 2025 09:30
“Şamaxı” klubu yeni hücumçusunu açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi Abdullahi Şuaybunu heyətinə qatıb.
Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
23 yaşlı oyunçu daha əvvəl Azərbaycanda “Kəpəz” və “Qəbələ” klublarının formasını geyinib.