
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 14500 bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.
Satış məntəqələri
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması