
UEFA “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubuna xəbərdarlıq edib.
Sportliqa.az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) 2-ci təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub. Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə, “Şkendiya” cərimələnəcək.
“Qarabağ” 3-cü təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması