"Qarabağ"ın qələbəsi Azərbaycanın xal ehtiyatını artırdı
Azərbaycan UEFA-nın reytinq cədvəlində xal ehtiyatını daha da artırıb.
Sportliqa.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində dünən "Şkendiya" (Şimali Makedoniya) üzərində 5:1 hesablı qələbəsi sayəsində mümkün olub.
Həmin qalibiyyət Azərbaycanın reytinqinə daha 0,250 xal əlavə edib (təsnifat mərhələsində 1 qələbəyə 1 xal verilir, bu isə iştirakçı ölkənin komandaların sayına bölünür. Azərbaycan bu mövsüm avrokuboklara 4 klubla başlayıb).
Hazırda ölkəmiz 19,250 xalla 28-ci yeri tutur. 27-ci yerdə olan Ukraynanın 19,600 xalı var. Azərbaycanda sonrakı yerdə qərarlaşan Rusiya (yarışlardan xaric olunub) 18,299 xala malikdir.