"Sumqayıt" klubunun futbolçusu Sənan Muradlı "Şamaxı"ya keçib.
Sportliqa.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.
19 yaşlı oyunçu bölgə təmsilçisinə 1 mövsümlük icarəyə verilib. O, "Sumqayıt" akademiyasının yetirməsidir.
Qeyd edək ki, "Sumqayıt" bunadək Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın ("Serik Bələdiyyəspor", Türkiyə), Giorgi Karaişvili ilə yollarını ayırıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.