"Sabah" klubunun qapıçısı Rauf Əyyubov əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.
Qolkiper sol bilək skafoid sümüyünün sınığının osteosintezi əməliyyatı keçirib.
Qeyd edək ki, Rauf Əyyubovun 16 yaşı var və "Sabah"ın əvəzedici komandasında çıxış edir. O, həmçinin U-17 millimizin üzvüdür.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.