Azərbaycan millisinin sabiq üzvünün komandası liderliyə yüksəldi
Türkiyə 1-ci Liqasında ikinci tura start verilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi “Serik Spor” öz meydanında “Ümraniyespor”u qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Serik Spor”a qələbə qazandıran qolu 45+2-ci dəqiqdə penaltidən Markos Silva vurub.
Sərtan da bu görüşün iştirakçısı olub. Görüşə ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 89-cu dəqiqədə İlya Berkovskinin əvəzinə meydana daxil olub.
Bu qələbə sayəsində xallarının sayını 4-ə çatdıran “Serik Spor” turnir cədvəlində liderliyə yüksəlib. “Ümraniyespor” isə 3 xalla 7-ci pillədə qərarlaşıb.