“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisi “Zalsburq”dan Dorgeles Neneni transfer edib. 22 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatı yazıb ki, "Fənərbağça" Nene üçün 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mali millisinin üzvü bu mövsüm “Zalsburq”la 11 oyunda 2 qol vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az