Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Lakin bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.
Bununla da "Qarabağ" "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edərək tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edib.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları