“Beşiktaş” klubu futbolçusu Aleks Oksleyd-Çemberlenlə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. İstanbul kollektivi bu ayrılığa görə futbolçuya 1.750.000 avro təzminat ödəyəcək.
İngiltərəli yarımmüdafiəçi 2023-cü ildən “Beşiktaş”da çıxış edirdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az