"Fənərbaxça", 26 yaşlı milli yarımmüdafiəçi İsmail Yüksek üçün 20 milyon avronun üzərində rəsmi təklif alıb.
Sportliqa.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi təklifi dəyərləndirir. İsmailin "Fənərbaxça" ilə müqaviləsi 2028-ci ilə qədər davam edir. Futbolçunun bazar dəyəri hazırda 11 milyon avro göstərilir. Təklifin qəbul olunub-olunmaması yaxın günlərdə bəlli olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az