Hakan Çalhanoğludan “Qalatasaray”la bağlı diqqətçəkən bəyənmə
“Qalatasaray”ın heyətinə qatmaq istədiyi Hakan Çalhanoğlu ilə bağlı maraqlı məqam yaşanıb.
Sportliqa.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun “İnter”lə danışıqlarına baxmayaraq, italiyalı rəsmilər transferə icazə verməyib.
Milli komandanın düşərgəsinə gec qoşulan 31 yaşlı futbolçu, mövcud komandasını razı salmağa çalışsa da, istədiyi nəticəni ala bilməyib. Sonradan o, sosial şəbəkədə yayılan bir paylaşımı bəyənib. Həmin paylaşımda “Qalatasaray” üçün aylardır çabalayan, maaşında güzəştə gedən və klubuna rest çəkən Hakan Çalhanoğlunun 2-3 milyon avroya görə transfer olunmamasının “sarı-qırmızılılar” üçün ayıb olduğu” qeyd olunub.