"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Sportliqa.az xəbər verir ki, 8 turdan ibarət mərhələnin üçün sifariş vərəqində 24 futbolçu yer alıb.
Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski;
Müdafiəçilər: 2. Mateus Silva, 3. Sami Mmae, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 30. Abbas Hüseynov, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Kris Kuaku, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran, 27. Toral Bayramov, 42. Hikmət Cəbraılzadə;
Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Qeyd edək ki, təmsilçimiz Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.