“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Benfika” ilə səfər oyununu izləmək istəyən azarkeşlər üçün 500 yer ayrılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vauçerlər bu gün saat 15:00-dan iTicket.az-da satışa çıxarılıb. Qiymət 88 AZN-dir. Vauçerlər sonradan şəxsiyyət vəsiqəsi ilə biletə dəyişdiriləcək. Görüş sentyabrın 16-da, saat 23:00-da keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.