“Şəmkir” FK yeni baş məşqçisini müəyyənləşdirib.
Sportliqa.az xəbər verir ki, klub Rasim Əliyevlə 6 ay + 1 illik müqavilə imzalayıb.A kateqoriyalı mütəxəssis son olaraq “Turan Tovuz”da Akademiya koordinatoru kimi çalışıb. O, vaxtilə Premyer Liqada çalışmış ən gənc baş məşqçi kimi tarixə düşüb.
Rasim Əliyev daha əvvəl “Turan”, “Rote Fahne” və “Neftçala” kimi komandaları çalışdırıb. 47 yaşlı mütəxəssis müxtəlif illərdə “Feyenoord”, “Utrext”, PSV Eyndhoven (Hollandiya), “Fenerbahçe” və “Gənclərbirliyi” (Türkiyə), həmçinin Tbilisinin “Dinamo”su və digər Gürcüstan klublarında təcrübə keçib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az