"Qalatasaray" Türkiyə Super Liqasının 14-cü turunun "Fənərbaxça" ilə səfər matçına ciddi itkilərlə çıxacaq.
Sportliqa.az xəbər verir ki, 7 futbolçu İstanbul derbisində "sarı-qırmızılar"a kömək edə bilməyəcək.
Vilfrid Sinqo, İsmayıl Yakobs, Kaan Ayhan və Berkan Kutlu zədəlidir. Roland Şallai ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı durumdadır. Eren Elmalı və Metehan Baltacı isə mərc oyunlarında iştirak etdiyi üçün müvafiq olaraq 45 gün və 9 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.