"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan İrfan Can Kahveci Super Liqada klubunu dəyişə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Trabzonspor" türkiyəli vingerin xidmətində maraqlıdır. Qara Dəniz təmsilçisinin baş məşqçisi Fatih Tekke İrfan Canı komandasında görmək istəyir. "Trabzonspor"un planı 30 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürməkdir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan İrfan Can Kahveci bu mövsüm "Fənərbaxça"nın heyətində 12 rəsmi oyunda meydana çıxıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az