"Trabzonspor" "Mançester Siti"dən 40 milyon avro tələb edəcək
"Trabzonspor"un yarımmüdafiəçisi Krist İnao Olayi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
"Mançester Siti" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. Türkiyə klubu Olayini yanvar ayında satmağı düşünmür. Onlar 19 yaşlı futbolçu üçün yayda isə 40 milyon avro tələb edəcəklər.
Qeyd edək ki, Krist İnao Olayi bu mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 9 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib