AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında mübarizə aparan “Lənkəran”ın futbolçusu Səlim Alıyevlə bağlı şikayətini araşdırıb.
Sportliqa.az xəbər verir ki, qurum klubun şikayəti qismən təmin edib.
Dekabrın 7-də “Zəfər 44” komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçuya 4 matçlıq cəza verilmişdi.
Apellyasiya Arbitraj Tribunalı isə cəzanı 3 oyuna endirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az