Azərbaycan İkinci Liqasında mübarizə aparan "Xankəndi"nin yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Zaur Hacıyevə həvalə olunub. O, bu vəzifədə İbrahim Uzuncanı əvəzləyib.
UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan Zaur Hacıyev uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib. O, son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi işləyib.
Qeyd edək ki, "Xankəndi" hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan" da eyni xala sahibdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az