Türkiyə Birinci Liqasında 21-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Mert Çelikin də formasını geyindiyi “Sivasspor” səfərdə “Bodrumspor”un qonağı olub.
Matça ehtiyat oyunçular skamyasından başlayan Çelik artıq 10-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb. 25 yaşlı müdafiəçi 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Matç “Sivasspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran Sivas təmsilçisi 12-ci pillədə qərarlaşıb. “Bodrumspor” isə 33 xalla altıncıdır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az