"Beşiktaş" klubu portuqaliyalı futbolçusu Rafa Silva ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, yaşadığı böhran səbəbindən komandadan getmək qərarı alan təcrübəli futbolçu sabiq klubu Benfikaya geri dönüb. O, Portuqaliya təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
Maraqlı məqam odur ki, futbolçu bu keçid üçün maliyyə güzəştinə gedib. Belə ki, "Beşiktaş"da illik 6 milyon avro qazanan Silva "Benfika" ilə illik cəmi 2,2 milyon avroya razılaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.