Azərbaycan 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın yeni idman direktoru bəlli olub.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Neftçi"nin yetirməsi olan Məhəmməd Bədəlbəyli komandada idman direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Bədəlbəyli MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarının şərəfini qoruyub. O, "Neftçala"nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.
Məhəmməd Bədəlbəylinin legioner təcrübəsi də var. O, Türkiyənin "Türk Birlikspor" və "Bingölspor" klublarının formalarını geyinib.
Xatırladaq ki, məşqçilik fəaliyyətinə "Leon Uşaq Futbol Klubu"nda başlayan Bədəlbəyli daha sonra Qarabağ Akademiyasının U-17 və U-19 komandalarında çalışıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az