Türkiyə Super Liqasında mövsümün 8-ci baş məşqçi istefası gerçəkləşib.
Sportliqa.az xəbər verir ki, "Pendikspor" Osman Özköylünü istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Osman Özköylü 2021-ci ilin oktyabr ayından "Pendikspor"u çalışdırırdı. İstanbul təmsilçisi onun rəhbərliyi altında II və I liqada çempionluq yaşayaraq Super Liqaya yüksəlib.
Komanda Super Liqada 8 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.