Azərbaycan Birinci Liqası komandalarından "Şahdağ Qusar" yeni futbolçu transfer edib.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi "Sabah"dan Seymur Məmmədovu transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan U-21 millisinin sabiq üzvü olan Seymur son mövsümü icarə əsasında "Mingəçevir"də keçirib.