Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları baş tutacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq
Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
23 iyul
UEFA Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
20:00."Qarabağ" (Azərbaycan) - SSKA (Bolqarıstan)
Baş hakim: Daniele Çiffi (İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az