“Xankəndi” Futbol Klubunun idarəetmə strukturunun daha da təkmilləşdirilməsi və klubun qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsi məqsədilə qərar qəbul edilib.
Sportliqa.az xəbər verir ki, klubun ümumi yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurası klubun strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, klubun maliyyə və təşkilati fəaliyyətinə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması və əsas qərarların qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Bildirilib ki, Müşahidə Şurası “Xankəndi” FK-nın idman siyasətinin, infrastruktur layihələrinin, akademiyanın inkişafının, sponsorluq və tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasına töhfə verəcək.
“Xankəndi” Futbol Klubu qarşıya qoyduğu əsas məqsədlərdən biri kimi peşəkar idarəetmə modelinin formalaşdırılmasını, dayanıqlı inkişafı və Azərbaycan futbolunda xüsusi yer tutan bir klub quruculuğunu müəyyən edib. Müşahidə Şurasının yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az